Rusiya və Türkiyə Qəzza zolağında dərhal atəşkəsə çağırış edib


Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Türkiyənin Rusiyadakı səfiri Tanju Bilgiçi onun xahişi ilə qəbul edib.

Azbaku.org Rusiya XİN-ə istinadən xəbər verir ki, görüş zamanı Fələstin ərazisində, ilk növbədə Qəzza zolağında zorakılığın artması vurğulanmaqla, BMT Təhlükəsizlik Şurasında və Baş Assambleyasında Yaxın Şərq problemlərinə dair müzakirə olunan məsələlərə ətraflı şəkildə toxunulub.

Hər iki tərəf dərhal və genişmiqyaslı atəşkəs yolu ilə qan tökülməsinin dayandırılmasının vacibliyini vurğulayıb. Humanitar yardımların maneəsiz və geniş çıxışının yaradılmasının və böhranın regionun digər ölkələrinə yayılmasının qarşısının alınmasının vacibliyi də qeyd olunub.
Bundan əlavə, kənd təsərrüfatı məhsulları və gübrələrin maneəsiz tədarükü mövzusu, o cümlədən, qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi kontekstində Rusiya taxıl gübrələrinin dünya bazarlarına, ən kasıb ölkələrə pulsuz daşınması mövzusu da müzakirə olunub.