Almaniya Rusiyanın 720 mln. avrodan çox aktivinə həbs qoymaq istəyir


Almaniya Baş Prokurorluğu Rusiyanın 720 milyon avrodan çox aktivinə həbs qoymaq istəyir.

Azbaku.org xəbər verir ki, bu barədə yerli “Der Spiegel” nəşri yazıb.

Qeyd olunub ki, Baş Prokurorluq bununla dövlət büdcəsini doldurmaq istəyir.
Xatırladaq ki, bundan əvvəl ABŞ rəsmisi dondurulmuş Rusiya aktivlərinin Dünya Bankı və ya Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) vasitəsilə Kiyevə köçürülməsi variantını nəzərdən keçirməyi Yeddilik Qrupuna (G7) təklif edib.