Latviyada sərxoş sürücülərdən müsadirə edilən 271 avtomobil Ukraynaya göndərilib
Latviya hökuməti sərxoş halda avtomobil idarə edənlərə məxsus olan 270-dən çox avtomobili Ukraynaya verib.
Azbaku.org ERR-ə istinadən xəbər verir ki, tezliklə daha 34 avtomobil göndəriləcək.
Qeyd edək ki, Latviya parlamenti fevralın 16-da müsadirə olunan avtomobillərinin Ukraynaya təhvil verilməsinə icazə verən qanun layihəsini qəbul edib.
Qanun qüvvəyə mindikdən sonra ölkə hökuməti bir sıra müvafiq qərarları təsdiqləyib və dekabrın ortalarına qədər ümumi dəyəri 903 453 avro olan təxminən 271 müsadirə edilmiş avtomobil Ukraynaya təhvil verilib.
161 880 avro dəyərində daha 34 avtomobil tezliklə göndəriləcək və bu avtomobillər də sərxoş sürücülərdən götürülüb.
Avtomobilləri Ukraynaya çatdırmaq “Twitter Convoy” adlanan qrupa daxil olan könüllülərə həvalə olunub.