Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı 270 manat olacaq
Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi 270 manat olacaq.
Azbaku.org xəbər verir ki, bu Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanunlarda əksini tapıb.
Başqa sözlə, yaşayış minimumu və ehtiyac meyarı 2023-cü illə müqayisədə 9,7 faiz artırılaraq 246 manatdan 270 manata qaldırılıb.
2024-cü ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 287 manat olacaq. Yaşayış minimumu pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində olacaq.