Azərbaycan və Türkiyə hərbçiləri hibrid təhdidlərə qarşı birgə təlim keçirir


Azərbaycan və Türkiyə hərbçilərinin növbəti birgə təlimləri həyata keçirilir.

Azbaku.org-nin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə çıxışı zamanı bildirib.

O qeyd edib ki, 26-28 dekabr tarixləri arasında Azərbaycanda "Hibrid Təhdidlərə Cavab Təlimi" baş tutub.