Azərbaycanın Ermənistana, eləcə də Ermənistanın Azərbaycan qarşı beynəlxalq məhkəmədə həll olunası məsələləri var.
Azbaku.org xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.
“Doğrudur ki, əgər iki ölkə sülh sazişi haqqında danışırsa, paralel olaraq hüquqi, media və diplomatik müstəvidə müharibələrin aparılmasının sülhə zərbəsi legitim sualdır”, - nazir bildirib.