Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbərin səhhəti yaxşılığa doğru dəyişib.
AzBaku.info xəbər verir ki, bu barədə APA-ya açıqlamasında bəstəkarın həyat yoldaşı Aybəniz Əkbərova məlumat verib.
Onun sözlərinə görə, Tahir Əkbər hazırda həkim nəzarətindədir, müalicəsi davam edir: “Həkimlər bizi inandırır ki, get-gedə hər şey qaydasına düşür. İndi danışığında və yeriməyində problem var. İnanırıq ki, bu çətinlik də aradan qalxacaq. Hələlik ayağa qalxa bilmir, fikrini tam ifadə etməkdə çətinlik çəkir. Yəqin ki, yaxın vaxtlarda bu problemlərin heç biri olmayacaq. Bizə çox yaxşı diqqət var, bütün müalicə xərcləri dövlətimiz tərəfindən qarşılanır”.
A. Əkbərova əlavə edib ki, T. Əkbərin xəstəxanadan evə buraxılacağı tarix məlum deyil.
Qeyd edək ki, bəstəkar T. Əkbər noyabr ayında insult keçirib.