Bakıda bayram günü bıçaqlanma olub, yeniyetmə tutulub


Dekabrın 31-də axşam saatlarında Qobu Park yaşayış sahəsindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azbaku.org-yə verilən xəbərə görə, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olan yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.