Qəzzada ölənlərin sayı 22 mini keçib


Qəzza zolağında ölən fələstinlilərin sayı 22 mini keçib.

Azbaku.org xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, İsrail ordusunun 7 oktyabrdan indiyə qədər Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 22 185 nəfər ölüb.
Yaralıların sayının 57 mindən yuxarı olması bildirilib.
Xatırladaq ki, HAMAS təşkilatının İsrail ərazisinə raket zərbələri endirməsinə cavab olaraq 7 oktyabrda İsrail ordusu “Dəmir qılınclar” (“Iron swords”) əməliyyatına başladığını bəyan edib, hərbi əməliyyatlar 88-ci gündür ki, davam edir.