Bakıda 8 gün əvvəl qəza törədən sürücü saxlanılıb


Bakıda qəza törədən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azbaku.org-yə verilən xəbərə görə, Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 29-da Abşeron rayon sakini V.Surxayevanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Ford” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini N.Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.