FHN: Perinatal Mərkəzdə yanğının söndürülməsi və təxliyə tədbirlərinə 20 texnika, 90 canlı qüvvə cəlb edilib
Fövqəladə Hallar Nazirliyi Respublika Perinatal Mərkəzində baş vermiş yanğının söndürülməsi və təxliyə tədbirləri barədə məlumat yayıb.
Azbaku.org FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğının söndürülməsi və təxliyə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin 20 texnikası və 90 nəfərə yaxın canlı qüvvəsi cəlb edilib.