Göygöldə ağır qəza: Ölənlər var


Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azbaku.org-nin məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan iki VAZ markalı minik maşını toqquşub. 
Qəza zamanı iki nəfərin öldüyü, bir nəfərin xəsarət aldığı bildirilir.