Tbilisi Beynəlxalq Hava Limanından Bakıya uçuşlar ləğv edildi


Əlverişsiz hava şəraiti Tbilisi Beynəlxalq Hava Limanının işini iflic edib.

İstanbul, Münhen, Riqa, Dubay və Bakıya bir neçə reys, həmçinin İstanbuldan Tbilisiyə uçuşlar ləğv edilib.
Türk Hava Yollarının Tbilisi-İstanbul reysi bir neçə saat gecikib, sərnişinlər hava limanında uçuşu gözləyirlər.