Şimali Koreya ballistik raket buraxıb
Yaponiya Sahil Xidməti Şimali Koreyanın raket buraxdığını və bunun ballistik raket olduğunun ehtimal edildiyi bildirilib.
Azbaku.org-nin TASS-a istinadən verdiyi xəbərə görə, Yaponiya Sahil Xidməti regionda olan gəmiləri raket qalıqları aşkarlanarkən ona yaxınlaşmamağa və dərhal hakimiyyət orqanlarına məlumat verməyə çağırıb.
Eyni zamanda Şimali Koreyanın buraxdığı ballistik raketin artıq düşdüyünün ehtimal olunduğu qeyd edilib. NHK telekanalının isə hökumətdəki mənbələrə istinadən yaydığı məlumatda bildirilir ki, raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.
Bundan əvvəl Şimali Koreya 18 dekabr 2023-cü ildə "Xvason-18" qitələrarası ballistik raket buraxılışını həyata keçirib.