Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar


Hava şəraiti ilə əlaqədar Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları dünən axşamdan başlayaraq gücləndirilmiş iş rejimində çalışırlar.

Azbaku.org-nin xəbərinə görə, qarlı havada hərəkət iştirakçılarının təhlükəsizliyi məqsədilə polis əməkdaşları səfərbər edilib.

Nəqliyyatın hərəkəti Yol Patrul və Post Patrul Xidmətinin əməkdaşları tərəfindən tənzimlənir, sürücü və piyadalarla profilaktik iş aparılır. Vətəndaşlara köməklik göstərilir, onların mənzil başına təhlükəsiz çatmaları təmin edilir. Sumqayıt şəhərinin küçə və prospektlərinə yol patrul xidməti avtomobillərinin müşayiəti ilə qum, duz səpilir. Təhlükəsizlik tədbirləri davam edir.