Paşinyan Ermənistanın yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib


Baş nazir Nikol Paşinyan Ermənistanın yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib.

Azbaku.org“Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, bu barədə hökumətin iclasında deyib.

O qeyd edib ki, dünyada dəyişikliklər baş verir və bu, istər-istəməz Cənubi Qafqaz regionuna, eləcə də Ermənistana təsir edəcək.
"Ermənistan Respublikasının konstitusiya dəyişikliklərinə deyil, yeni Konstitusiyaya ehtiyac var. Bu dəyişikliyə başqa cür yanaşmaq olar. Amma təkamülə necə yanaşmağımızdan asılı olmayaraq, bu baş verir. Ona görə də bizim mövqeyimiz və yanaşmamız bu təkamülü dayandırmaq olmamalıdır. Bu, özlüyündə məntiqsizdir, çünki təkamülü dayandırmaqla biz deqradasiyaya çatacağıq, amma məsələ onu Ermənistanın dövlət maraqlarına uyğun idarə etməkdir”, - Paşinyan bildirib.
Onun fikrincə, Ermənistanda ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiya olmalıdır ki, bu da ölkəni yeni geosiyasi və regional şəraitdə daha rəqabətli və həyat qabiliyyətli edəcək. Eyni zamanda, Paşinyan hələ də əmindir ki, parlament idarəetmə sistemi Ermənistan üçün ən əlverişlidir.
Baş nazir 2020-ci il müharibəsindən sonrakı dövrdə buna əmin olduğunu bildirib.