Lavrov Blinkenlə eyni iclasa getdi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak edəcəyi Braziliyaya gedib.
Modern.az xarici KİV-ə istinadın xəbər verir ki, Braziliyanın sədrliyi ilə keçiriləcək ilk iclas “geosiyasi ziddiyyətlərin həlli və qlobal iqtisadi institutların islahatı ilə” müasir beynəlxalq gündəliyin problemlərinə həsr olunacaq.
Rusiya XİN-in məlumatına görə, Lavrov iclasdakı çıxışında rəsmi Kremlin beynəlxalq ictimaiyyətin qarşısında duran çağırışlara verdiyi qiymətlər, onların daxili səbəbləri və dinamikası, habelə bu problemlərin effektiv aradan qaldırılması üçün lazımi addımlar barədə danışacaq.
Tədbir çərçivəsində Lavrovun inkişaf etməkdə olan bazarlara malik ölkələrin XİN başçıları ilə bir neçə görüşü planlaşdırılıb.
ABŞ dövlət katibi Antoni Blinken də G20 ölkələrinin xarici işlər nazirlərinin danışıqlarında iştirak edəcək.