Separatçılar Rusiya-Belarus İttifaq Dövlətinə qoşulmaq istəyir


Gürcüstan ərazisi kimi tanınan separatçı Abxaziya Respublikası Rusiya-Belarus İttifaq Dövlətinə birləşmək istəyir.
 
Modern.az xəbər verir ki, bunu qondarma respublikanın prezidenti Aslan Bjaniya TASS agentliyinə müsahibəsində bildirib.
O deyib ki, Abxaziya öz müstəqilliyini qoruyaraq Rusiya və Belarusun İttifaq Dövlətində iştirak etməkdə maraqlıdır:
 
"Lakin bu istiqamətdə iş 10 ilə qədər çəkə bilər".
 
Qeyd edək ki, Rusiya, eləcə də Suriya kimi bir neçə Moskvayönümlü ölkələr tərəfindən tanınan Abxaziya beynəlxalq səviyyədə Gürcüstan ərazisi hesab olunur.