KİV: Azərbaycan Pakistandan qırıcılar alır

Azərbaycan Hərbi Hava Qüvvələri Pakistan Aeronavtika Kompleksi ilə saziş imzalayıb.
Pakistan mediasının məlumatına görə, bu razılaşma ölkə tarixinin ən böyük hərbi ixrac müqaviləsidir.
Müqaviləyə “JF-17C Blok-III” qırıcıları, reaktiv təyyarələr üçün təlim və döyüş sursatları daxildir.
Müqavilənin dəyəri 1,6 milyard ABŞ dolları həcmində qiymətləndirilir.
Mənbə: Air Operations Syndicate