Qərb ekspertləri: Rusiya aktivlərinin müsadirəsi qanunidir
Bir qrup qərbli ekspert Rusiya aktivlərinin müsadirəsinin qanuni olduğunu iddia edir.
France-Presse (AFP) agentliyinə istinadla xəbər veririk ki, hüquqşünaslar bu məsələ bağlı fikirlərini “Bloomberg” agentliyinin dərc etdiyi məktubda ifadə ediblər. Belçika, Böyük Britaniya, Almaniya, Niderland, ABŞ, Fransa və Yaponiyadan olan ekspertlərin məktubu G7 ölkələrinə ünvanlanıb.
“Biz Rusiya aktivlərini donduran dövlətlərin onları Moskvanın fəaliyyəti nəticəsində zərər dəyən ölkəyə təzminat kimi verməsinin beynəlxalq hüquq normalarına uyğun olduğunu hesab edirik”, - məktubda belə deyilir. Onların sözlərinə görə, bu, yalnız Rusiyanın dövlət aktivləri hesabına həyata keçirilməlidir və özəl mülkiyyətdə olan aktivlərə şamil edilə bilməz.
Ekspertlər bunun üçün beynəlxalq mexanizm hazırlamağı tövsiyə edirlər. Onlarin fikrincə, müsadirə edilən aktivlər yalnız Ukraynanın bərpası proqramlarının dəstəklənməsinə yönəldilə bilər.
Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiyada Rusiyanın təqribən 300 milyard dollarlıq aktivləri dondurulub.