Ali Məclisin növbəti plenar iclası keçiriləcək


Fevralın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyası üzrə növbəti plenar iclası keçiriləcək.
AZƏRTAC-a istinadən bildiririk ki, sessiyanın iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü ilə çıxış etməsi barədə, bəzi normativ hüquqi aktlara düzəlişlər edilməsi və digər məsələlərin müzakirə olunması nəzərdə tutulur.