“Bakı” ES-də 9 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib


Modul tipli “Bakı” Elektrik Stansiyasında istismara verildiyi tarixdən fevralın 1-dək ümumilikdə 8,86 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 2007-ci il fevralın 22-də istismara verilən stansiya hər birinin gücü 8,7 meqavat olan 12 ədəd qaz porşenli aqreqatdan (QPA) ibarətdir. Stansiyanın ümumi qoyuluş gücü 104,4 meqavat təşkil edir.