Respublika Uşaq Klinik Xəstəxanasına 14 yaşlı pasiyent üzərində bağırsaq keçməzliyi ilə bağlı əməliyyat uğurla keçirilib
14 yaşlı pasiyent (qadın cinsli) qəbizlik, iştahasızlıq, yaşıl rəngdə qusma, qarında ağrılar şikayəti ilə Akademik M.Ə.Mirqasımov adına Respublika Uşaq Klinik Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib.
Pasiyent uzman həkim, uşaq cərrahı Anar Cəfərov tərəfindən laborator, diaqnostik müayinələrdən keçirilib və xəstəyə bağırsaq keçməzliyi diaqnozu qoyulub. Uzman həkim tərəfindən xəstə üzərində cərrahi əməliyyat həyata keçirilib. 2 saat davam edən əməliyyat uğurla başa çatıb. Hazırda xəstənin vəziyyəti stabildir.
Pasiyentin ailəsi tibb müəssisəsinin rəhbərliyinə, əməkdaşlarına təşəkkürünü bildirib.