Bayden Navalnının həyat yoldaşı və qızı ilə görüşdü


ABŞ Prezidenti Co Bayden bir neçə gün əvvəl vəfat edən rus müxalifətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya və qızı Daşa ilə görüşüb.
 
Bu barədə Ağ Ev məlumat yayıb.
Görüş Kaliforniya ştatında baş tutub.
 
Xatırladaq ki, Navalnının qızı ABŞ-nin Stenford Universitetində təhsil alır.