Tanınmış prodüser Tarix Əliyev "Həştəq" sosial media proqramının qonağı olub.
AzBaku.info Publika.az-a istinadən xəbər verir ki, müğənnilər və evlilikləri barədə söz açan prodüser Natavan və Dado münasibətindən də danışıb: "Natavan məcburi ərə getdi. O, oturub gözləməyəcəkdi ki, onun qapısını kimsə döysün. Mən zəng elədim Natavana, dedim ki, bu sevgi həqiqidirmi? Mənə cavab verdi ki, "Bəli, onun danışığı, hərəkətləri bir kişi kimi xoşuma gəlir".
Qeyd edək ki, 5 ay öncə evlənən cütlük bir neçə gün öncə boşanacağını açıqlayıb.