İsrailin Qəzza zolağı üçün yeni PLANI

İsrailin Qəzza zolağı üçün yeni PLANI


İsrail müharibədən sonra Qəzza zolağında mülki işləri idarə etmək üçün HƏMAS hərəkatına aidiyyatı olmayan fələstinliləri axtarır.
 
Bu barədə İsrailin yüksək rütbəli rəsmisi "Reuters" agentliyinə bildirib.

İsrail bu ərazilərin İordan çayının qərb sahilinin bir hissəsində özünüidarəetmə orqanı olan Fələstin Milli Administrasiyasının (FMA) rəsmiləri tərəfindən idarə olunmasını istəmir. 
 
Mənbə qeyd edib ki, İsrail keçmiş FMA rəsmiləri və ya Fələstin Milli Azadlıq Hərəkatının (Fəth) üzvləri ilə əməkdaşlığı nəzərdən keçirməyə hazırdır.
 
HƏMAS sözçüsü "Reuters" agentliyinə deyib ki, İsrailin planı faktiki olaraq Qəzza zolağının yenidən işğalı demək olacaq və uğursuzluğa məhkumdur.