Bloomberg: Ukraynaya yardım məsələsi Avropanı parçalayıb
Ukraynaya yardım məsələsi Avropanı parçalayıb. Hazırda Şərqi Avropa ölkələri Qərbə daha az etibar edirlər.
Bloomberg agentliyi bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Ukraynaya artilleriya mərmilərinin tədarükü və onların haradan alınacağı ilə bağlı mübahisə Avropada “daha dərin çat” yaradıb ki, bu da nəticə etibarilə münasibətlərdə “silinməz iz” qoya və Avropaya inteqrasiya layihəsini təhlükə altına ala bilər.
Agentlik qeyd edir ki, Şərqi Avropa ölkələri Qərbi Avropanı Kiyevin ehtiyaclarına biganə yanaşmaqda təqsirləndirir. Eyni zamanda, Rusiyanın Ukrayna müharibəsində qələbə qazanacağı təqdirdə Şərq Qərbi “bağışlamayacaq”.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Ukrayna müharibəsində əsas uduzan tərəfin Avropa olacağını bildirib.