Husilərin hücum etdiyi yük gəmisi batmaq təhlükəsi ilə üzləşib


Ədən körfəzində husilərin hücumu nəticəsində ticarət gəmisinə ciddi ziyan dəyib.
AZƏRTAC xəbər verir ki, 40 min tondan çox gübrə yüklənmiş gəmi batmaq təhlükəsi ilə üzləşib. ABŞ ordusunun mərkəzi komandanlığının məlumatına görə, hücumdan sonra dənizdə böyük neft ləkəsi əmələ gəlib.
Bu arada Bundestaq Almaniya Hərbi Dəniz Qüvvələrinin Qırmızı dənizdə yerləşdirilməsi qərarını böyük səs çoxluğu ilə dəstəkləyib. Hazırda Bundesverin “Hessen” freqatı və Avropa İttifaqının “Aspides” hərbi gəmisi Qırmızı dənizdəki missiyada iştirak edir. Missiyanın məqsədi ticarət gəmilərini husilərin hücumlarından qorumaqdır.