"HONOR"dan “MWC 2024”də yenilik


Qlobal texnologiya brendi HONOR fevralın 25-də İspaniyanın paytaxtı Barselonada start götürən "MWC 2024" Mobil Dünya Konqresində süni intellektlə işləyən çarpaz əməliyyat sistemi təcrübələri və bu məqsədə əsaslanaraq inkişaf etdirilmiş istifadəçi interfeysi, həmçinin qlobal tərəfdaşlarla birlikdə yeni nəsil ağıllı cihazlarını təqdim edib.
AZƏRTAC xəbər verir ki, 2006-cı ildən indiyədək hər il keçirilən informasiya və kommunikasiya texnologiyaları toplantısında dünyanın mobil nəhəngləri bu seqmentin gələcəyini yeni dizaynda təqdim edirlər.
HONOR da ilin ilk flaqman seriyası olan "Magic 6 Pro"nu
MWC 2024-də təqdim etməklə bu il telefon texnologiyasında daha bir yeniliyə imza atmış oldu. Ekspertlərin fikrincə, HONOR "Magic 6 Pro" ilə
ağıllı telefon bazarına əhəmiyyətli təsir göstərəcək.
Prestijli HONOR Magic seriyası flaqman xəttininən son buraxılan "Magic 6 Pro" modeli fotoqrafiya, ekran, performans və süni intellektlə işləyən istifadəçi təcrübələrində üstünlüklər təklif edir.
HONOR təqdim etdiyi ağıllı cihazlar vasitəsilə sürətli çəkiliş, aktiv hərəkətli görüntüləri, idman yarışlarından kadrlar, fotoşəkilləri təqdim etməyi prioritet hesab edir.
Əvvəlki nəsildən 28 dəfə böyük verilənlər bazasında öyrədilmiş süni intellekt modeli ilə təchiz edilmiş yeni və təkmilləşdirilmiş HONOR Falcon kamera sistemini təqdim edən HONOR "Magic 6 Pro" modeli həlledici anları həvəslə gözləyən və onları çəkməyə çalışan təkmili süni intellekt alqoritmi HONOR AI Motion Sensing Capture funksiyası ilə bu istiqamətdə öz bacarığını qücləndirdi.
Telefon sənayesinin bu günə qədər düşməyə ən davamlı ekran şüşəsini təqdim edən HONOR "Magic 6 Pro" ekranın düşmə müqavimətinin təkmilləşdirilməsi ilə seçilir. Bir çox ssenaridə “SGS”-in beşulduzlu ümumi şüşədüşmə müqaviməti sertifikatı ilə sertifikatlaşdırılmış ekran kristal sıxlığında 50% yaxşılaşma təmin edən, adi şüşə ilə müqayisədə şoku udma imkanlarını 10 dəfə artıran qabaqcıl materiallardan istifadə edir.
Qeyd edək ki, "Magic 6 Pro" qara və yaşıl rənglərdə tezliklə satışa çıxarılacaq.