Sulutəpədə soyğunçuluq edən şəxs müəyyən olunaraq saxlanılıb


Fevralın 24-də axşam saatlarında Sulutəpə qəsəbəsi ərazisində bir nəfərin mobil telefonu, qulaqlığı, içərisində pulu, bank kartları və sənədi olan pulqabısının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Daşqın Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində faktla əlaqədar araşdırma aparılır.