Ötən gün 54 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb


Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 24-də və 25-də ümumi çəkisi 53,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 11 kiloqrama yaxın heroin, 41,6 kiloqramdan çox marixuana, 1 kiloqramdan artıq tiryək və metamfetamin, həmçinin 240 metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.