Azərbaycan-Ermənistan XİN başçıları görüşəcək? - Rəsmi AÇIQLAMA
Fevralın 16-da Almaniyanın Münhen şəhərində beynəlxalq Təhlükəsizlik Konfransı keçirilib. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyev Ermənistan Baş naziri ilə Almaniya kansleri Olaf Şoltsun vasitəçiliyi ilə, eləcə də təkbətək görüşüb. Görüş zamanı hər iki ölkənin xarici işlər nazirlərinin görüşü məsələsi də müzakirə edilib.
Bəs XİN başçılarının görüşü gözlənilirmi? Görüş harada baş tuta bilər?
Modern.az məsələ ilə bağlı Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb.
Saytımıza açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, görüşlə bağlı hələki məlumat yoxdur.
"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı hələlik məlumat yoxdur.Təsdiq olunan kimi məlumat veriləcək", - A.Hacızadə deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan Xarici İşlər Nazirliyi də görüşlə bağlı açıqlama verib.
Tərəflər razılığa gəlir, yekun razılıq əldə olunarsa, əlavə məlumat verəcəyik”, - Ermənistan XİN-in sözçüsü Ani Badalyan “Azatutyun”a deyib.