“Rabitəbank”ın “Kartmane Biznes Visa Platinum” kartı ölkədə ilk keşbek və depozit gəlirli premium biznes kartıdır. Sahibkar fiziki şəxslər üçün təqdim edilən kart bir çox üstünlükləri ilə seçilir. Belə ki, kart sahibləri səyahət zamanı bir çox imtiyazlara sahib olurlar.
∙ Hava limanlarında “VIP Lounge Key Biznes” zallarına pulsuz giriş
∙ Beynəlxalq hava limanında sürətli keçid
∙ Səyahət zamanı tam beynəlxalq sığorta
∙ Otellərin endirimli rezervasiyasi
∙ Endirimli avtomobil icarəsi
∙ Qlobal Biznes Dəstək Xidməti
“Apple Pay” və “Google Pay” ilə ödənişlərdə isə kart yüksək keşbeklər qazandırır. Yanacaqdoldurma məntəqələri və kinoteatrlarda 5 faiz, kafe, restoran, supermarketlər, ictimai nəqliyyat və taksilərdə 3 faiz, digər ödənişlərdə 2 faizədək, partnyor şəbəkələrində isə 40 faizədək keşbek qazanmaq mümkündür. Bundan başqa, kartdakı qalıq məbləğinə görə illik 4 faiz gəlir əlavə olunur.
“Kartmane Biznes Visa Platinum” kartını “Rabitəbank”ın rəsmi internet səhifəsindən və ya bankın istənilən filialına yaxınlaşaraq sifariş edə bilərsiniz. “Kartmane Biznes Visa Platinum” kartı haqqında ətraflı məlumatı linkə keçid edərək əldə etmək olar: https://rbt.az/kartmanebiz
“Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.