Azərbaycanda “İdman həftəsi”nə start veriləcək



Azərbaycanda 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar “İdman həftəsi” başlayır.
Gənclər və İdman Nazirliyindən  bildirilib ki, fevralın 28-də Bakıda start götürəcək tədbirlərə martın 5-də Qubada yekun vurulacaq.
İlk gündə “Dəniz Mall” Ticarət və Əyləncə Mərkəzində idman fotoqrafı Dilavər Nəcəfovun fotosərgisi təşkil olunacaq (28 fevral – 4 mart). Bundan başqa, "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "Yaşıl dünya və idman" mövzusunda rəsm sərgisi - 28 fevral – 4 mart ("İçərişəhər" metrostansiyası), "İdman və ekologiya" mövzusunda esse müsabiqəsi - 15 fevral - 5 mart (Ölkə üzrə bütün məktəblər arasında), idman media nümayəndələri arasında futbol yarışı - saat 12:00 (Bakı Olimpiya Stadionu), səfirliklər və diplomatik nümayəndəliklərin əməkdaşları arasında şahmat yarışı - saat 14:00 ("İbis" mehmanxanası) keçiriləcək.
Fevralın 29-da "Qürurla irəli" şüarı ilə Xankəndi - Bakı ultra marafonu - saat 06:00 (Xankəndi - Yevlax), idman federasiyaları, paralimpiya və deflimpiya komitələrinin əməkdaşları arasında "Fibonaççi" intellektual yarışı - saat 11:00 (MGA), uşaq evləri arasında əyləncəli atletika yarışı - saat 14:00 (Respublika Olimpiya Mərkəzi) baş tutacaq.
Martın 1-də "Qürurla irəli" şüarı ilə Xankəndi - Bakı ultra marafonu - saat 6:00 (Yevlax - Ucar), "Qan ver, həyat xilas et!" şüarı altında könüllü qanvermə aksiyası - saat 9:00 (MİTRİ), dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis yarışının seçmə mərhələsi - saat 11:00 ("Şüa" İdman Kompleksi), Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində futbol və badminton oyunu - saat 14:00 (Bilgəh qəsəbəsi) təşkil ediləcək.
Martın 2-də "Qürurla irəli" şüarı ilə Xankəndi - Bakı ultra marafonu - saat 6:00 (Ucar - Hacıqabul), Gənclər və İdman Nazirliyinin əməkdaşları arasında oxatma yarışı - saat 10:00 (GİN), tələbələr arasında idman dırmanması - saat 11:00 (Azərbaycan Apinizm Federasiyası), dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis yarışının yarımfinal və final mərhələləri - saat 14:00 ("Şüa" İK) reallaşacaq.
Martın 3-də "Qürurla irəli" şüarı ilə Xankəndi - Bakı ultra marafonu - saat 6:00 (Hacıqabul - Qobustan), fiziki məhdudiyyətli idmançılar arasında estafet yarışı - saat 11:00 (Paralimpiya İK); dövlət qurumlarının əməkdaşları arasında voleybol yarışı - saat 11:00 (Voleybol Mərkəzi), "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar ağacəkmə aksiyası - saat 15:00 təşkil olunacaq.
Martın 4-də "Qürurla irəli" şüarı ilə Xankəndi - Bakı ultra marafonu - saat 8:00 (Qobustan - Bakı), dövlət qurumlarının əməkdaşları arasında nərd yarışı - saat 11:00 (İçərişəhər, "Shah Palace"), "Qürurla irəli" şüarı ilə ultra marafonu (Finiş) - saat 12:00 (Bakı - Bulvar), şəhid və qazi övladları üçün buz üzərində ustad dərs - saat 13:00 (Heydər Əliyev Adına İdman Konsert Kompleksi) keçiriləcək.
Martın 5-də isə gənclər və idman naziri Fərid Qayıbovun Regional Gənclər və İdman İdarələrinin, Olimpiya İdman Komplekslərinin, Uşaq-Gənclər İdman Məktəblərinin və Gənclər Evlərinin direktorları ilə görüşü - saat 10:00 (Quba Olimpiya İdman Kompleksi) və idman paradı - saat 12:00 (Quba Olimpiya İdman Kompleksi) baş tutacaq.