Seneqal sahillərində qayığın batması nəticəsində 23 miqrant ölüb
Seneqalın şimalında miqrantları Avropaya daşıyan qayığın batması nəticəsində 23 nəfər ölüb.
CGTN telekanalına istinadla xəbər veririk ki, qanunsuz miqrantları daşıyan qayıq Sen-Lui şəhəri sahilləri yaxınlığında batıb.
Qəza zamanı qayıqda 280 nəfərin olduğu deyilir. Xilasedicilər hazırda sağ qalanların axtarışı ilə bağlı əməliyyat keçirir. Milli donanmanın gəmiləri də axtarış-xilasetmə əməliyyatına cəlb edilib.