Vətəndaşların çoxu icbari sığortadan necə faydalanacağını bilmir


Vətəndaşların çoxu icbari sığortadan necə faydalanacağını bilmir. 
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsində komitə sədri Zahid Oruc deyib.
 
"Prezident seçkilərində namizəd kimi görüşlərin birində icbari sığortadan faydalanan insanların sayını bilmək üçün 400 nəfərlik salona müraciət etdim. Dedim ki, kimlər bu hüquqdan faydalana bilib? 400 nəfərdən cəmi 11-i əlini qaldırdı. Bir çoxları dedi ki, işləmirəmsə, icbari sığortadan necə faydalana bilərəm? Dövlətin 2,8 milyard manat vəsaiti buna yönəlib. 50 faizə qədər insan bu sığortadan faydalanmır. Vətəndaş bu hüququnu bilmirsə, müvafiq qurumlar maarifləndirməni nə zaman gerçəkləşdirəcək?", - deyə komitə sədri bildirib.