Elmə ayrılan maliyyə çox azdır, amma... - Emin Əmrullayev


"Azərbaycanda elmə ayrılan maliyyə çox azdır".

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.
 
"Bu o qədər uzun müddət belə olub ki, birdən-birə maliyyə artırılsa, nəticə əldə edilməyəcək", - nazir vurğulayıb.
 
Nazir qeyd edib ki, ali təhsil müəssisəsində nə qədər çox tələbə varsa, o qədər çox maliyyə var. Bu da rəqabətə yol açır.
 
"Elm və Təhsil Nazirliyi olaraq, 2024-cü il üçün tabeliyimizdə ali təhsil müəssisələrinə reytinqlərinin yaxşılaşması üçün 8 milyon manatın ayrılması təmin edilib. 2026-ci ilə Azərbaycanın 3 ali təhsil müəssisəsi 800 ən yaxşı ali təhsil müəssisəsi sırasına düşməlidir. Biz bunu planlaşdırırıq", - nazir deyib.