Dövlət hesabına verilən dərmanların siyahısı genişləndirilir?
Dövlət hesabına verilən dərmanların siyahısının genişləndirilməsi təklif edilir.
Bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü ilə dair məruzəsində bildirilib.
Məruzədə hepatit, şəkərli diabet, hemofiliya, talassemiya və bu kimi başqa xəstəliklərdən əziyyət çəkən, xüsusilə aztəminatlı ailələrdən və əhalinin həssas qruplarından olan vətəndaşlarımızın mövcud durumu nəzərə alınaraq, dövlət büdcəsi hesabına verilən dərmanların və digər vasitələrin daha keyfiyyətliləri ilə əvəz edilməsi və siyahısının real ehtiyaclara uyğun genişləndirilməsi təklif olunur.
Eyni zamanda, ixtisaslaşdırılmış tibb müəssisələrində narkotik asılılığından əziyyət çəkən yetkinlik yaşına çatmayan şəxslərin müalicəsinin təşkili məqsədilə müvafiq şöbənin yaradılması təklifi irəli sürülür.