Naxçıvan məktəbləri ilk dəfə pilot qrant proqramına qoşulub
Ordubad rayon Dəstə kənd tam orta məktəbində “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramının açılış tədbiri keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, layihə çərçivəsində Dəstə kənd tam orta məktəbində müxtəlif səbəblərdən məktəbəqədər təhsillə əhatə oluna bilməyən 40 uşağın təhsilə cəlbi təmin olunacaq.
Qeyd edək ki, Naxçıvan məktəbləri ilk dəfədir bu layihəyə qoşulub və 16 qrant layihədən 4-nü muxtar respublikanın ümumtəhsil məktəbləri (Naxçıvan şəhər 10 nömrəli, Şərur şəhər 2 nömrəli, Ordubad rayon Dəstə kənd tam orta məktəbi və Culfa rayon Saltaq kənd tam orta məktəbi) qazanıb.