İnstitutdan bildirilib ki, məqalə kompüter kimyasının imkanlarından istifadə etməklə β-diketonların yeni azotörəməsinin və onun bəzi metallarla komplekslərinin strukturunun və xassələrinin müfəssəl nəzəri, o cümlədən bioloji fəallığının tədqiqi ilə bağlıdır. Alimlərin araşdırması nəticəsində yeni komplekslərin canlı orqanizmlərdə gedən bir çox patoloji proseslərə qarşı effektiv təsirə malik olduğu aşkarlanıb.
Qeyd edək ki, Q2 kateqoriyalı “Chemistry & Biodiversity” jurnalının “Web of Science” bazasında impakt faktoru 2.9, “Scopus bazasında impakt faktoru 3.9-dur. Jurnal məşhur “Wiley” nəşriyyatında çap edilir.