İmişlidə polisin keçirdiyi əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Salyan rayon sakinləri Allahşükür Yusibov və Elçin Abdullayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, həmin şəxslərdən 6 kiloqram narkotik vasitə marixuana, tiryək, metamfetamin, 80 ədəd psixotrop tərkibli həb, həmçinin "TT" markalı tapança və həmin silaha aid 12 ədəd patron aşkar edilərək götürülüb. A.Yusibov və E.Abdullayev narkotikləri sosial şəbəkə vasitəsilə tanış olduqları əcnəbi narkotacirdən onlayn yolla aldıqlarını bildiriblər.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.