Bakıda “Abilimpiks-2023” çempionatının mükafatçıları mükafatlandırılıb


Bakıdakı Rus evində əlillər və sağlamlıq imkanları məhdud şəxslər arasında peşəkar bacarıqlar üzrə “Abilimpiks-2023” milli çempionatının iştirakçıları mükafatlandırılıb.
Bu barədə AZƏRTAC-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən bildirilib.
Abilimpiks Yaponiyada yaranan və 1971-ci ildən bəri dünyada inkişaf edən beynəlxalq qeyri-kommersiya hərəkatıdır. Hərəkat çərçivəsində əlillər və 15 yaşdan yuxarı sağlamlıq imkanları məhdud şəxslər arasında peşəkar bacarıqlar üzrə müsabiqələr keçirilir.
Azərbaycan Beynəlxalq Abilimpiks Federasiyasına 2021-ci ildə qoşulub. 2023-cü ildə Azərbaycan, Belarus, Litva, Çin və digər ölkələrdən olan iştirakçılar yarışlarda üz-üzə və distant formatda iştirak ediblər. Çempionatın rəqabət proqramı 49 bacarıq üzrə keçirilib.
2023-cü ildə Azərbaycanı “Bakı” masaj məktəbinin rəhbəri Aynur Əhmədova və masajçı Fərəc Əlimirzəyev təmsil ediblər.