Martın 1-də Milli Müdafiə Universitetində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşları ilə keçirilən təməl və orta səviyyə üzrə intensiv ingilis dili kursunun buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mərasimdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər iştirakçıları kursu müvəffəqiyyətlə başa vurmaları münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
TƏBİB-in Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ramin Ağayev kursun təşkilində əməyi olan hər bir kəsə minnətdarlığını bildirib.
Sonda sertifikatlar təqdim olunub, xatirə fotosu çəkdirilib.[spoiler][/spoiler]