Azərbaycanla Lüksemburq arasında əməkdaşlıq müzakirə edildi


Azərbaycanla Lüksemburq arasında əməkdaşlıq müzakirə edildi


Martın 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Lüksemburq Böyük Hersoqluğunun Baş nazirinin müavini, xarici işlər və xarici ticarət naziri, əməkdaşlıq və humanitar məsələlər naziri Xavier Bettel ilə görüş keçirib.
 
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Modern.az-a bildirilib ki, görüşdə son zamanlar Azərbaycan-Lüksemburq təmaslarında müşahidə olunan canlanma məmnunluqla qeyd edilərək, ölkələrimiz arasında siyasi dialoqun vacibliyi vurğulanıb.

Azərbaycanla Lüksemburq arasında əməkdaşlıq müzakirə edildi

Azərbaycanla Lüksemburq arasında əməkdaşlıq müzakirə edildi



Martın 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Lüksemburq Böyük Hersoqluğunun Baş nazirinin müavini, xarici işlər və xarici ticarət naziri, əməkdaşlıq və humanitar məsələlər naziri Xavier Bettel ilə görüş keçirib.
 
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Modern.az-a bildirilib ki, görüşdə son zamanlar Azərbaycan-Lüksemburq təmaslarında müşahidə olunan canlanma məmnunluqla qeyd edilərək, ölkələrimiz arasında siyasi dialoqun vacibliyi vurğulanır.

Azərbaycanla Lüksemburq arasında əməkdaşlıq əlaqələrinin inkişafı üçün qarşılıqlı səylərin fəallaşdırılmasının, siyasi dialoqun, qarşılıqlı səfərlərin zəruriliyi qeyd olunub. 
Görüş zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzü və 30 ilə yaxın davam edən işğalı, Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət barədə qarşı tərəfə ətraflı məlumat verilib.
 
Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.