Orban ABŞ-a səfəri zamanı Baydenin əvəzinə Tramp ilə görüşəcək
ABŞ Prezidenti Co Bayden ilə görüş Macarıstanın Baş naziri Viktor Orbanın Birləşmiş Ştatlara səfər proqramına daxil edilməyib.
Bu barədə “Index.hu” portalına istinadla xəbər verir.
Macarıstan hökuməti başçısının mətbuat katibi Bertalan Havaşi bildirib ki, Orbanın səfərinin əsas məqsədi ABŞ-ın sabiq prezidenti Donald Trampla söhbət etmək olacaq.
Orban Trampı martın 8-də Floridadakı Mar-a-Laqo malikanəsində ziyarət edəcək. Martın 7-də o, Vaşinqtonda olacaq, “Heritage Foundation” tədqiqat mərkəzində çıxış edəcək.
Macarıstan Baş naziri Baydenlə 2021-ci il yanvarında prezident postuna seçildikdən bəri bir dəfə də olsun görüşməyib.