Nikki Heyli Vaşinqtonda keçirilən praymerizdə qalib gəlib
Respublikaçılar partiyasının Vaşinqtonda keçirilən praymerizində qalib gələn Nikki Heyli partiyadaxili namizədlik uğrunda mübarizədə ilk qələbəsini qazanıb.
“BBC” telekanalına istinadla xəbər veririk ki, ABŞ-ın BMT-dəki sabiq səfiri Nikki Heyli səslərin 62,9 faizini, Donald Tramp isə 33,2 faizini toplayıb. Paytaxtda cəmi 23 min qeydiyyatdan keçmiş respublikaçı olduğu üçün bu, simvolik qələbə kimi qəbul edilir.
Xanım siyasətçi Vaşinqtondakı nəticənin heç də təsadüfi olmadığını bildirib. Donald Trampın seçki komandası Nikki Heylinin qələbəsini qəbul etməyərək, onu “bataqlıq kraliçası” adlandırıb.
Aydaho ştatında keçirilən partiyadaxili seçkilərdə isə Donald Tramp xanım rəqibini asanlıqla məğlubiyyətə uğradıb.
Qeyd edək ki, Donald Tramp paytaxt istisna olmaqla, Respublikaçılar partiyasının indiyədək keçirilən bütün praymerizlərində qalib gəlib.