“Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş gənclərin kibertəhlükəsizlik çempionatı”na yekun vurulub


Gənclər Fondunun maliyyə, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) texniki dəstəyi ilə Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyəti ictimai birliyi tərəfindən “Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş gənclərin kibertəhlükəsizlik çempionatı”na yekun vurulub.
AKTA-ya istinadla xəbər veririk ki, tədbir iki hissədən ibarət olub. Tədbirin birinci hissəsində müxtəlif məktəblərdən olan 50-dən çox şagirdə kibertəhlükəsizlik üzrə biliklər aşılanıb, ikinci hissəsində isə birinci hissədə əhatə olunmuş mövzular üzrə çempionat keçirilib. Çempionatda qalib olan şagirdlərə müxtəlif hədiyyələr təqdim olunub.
Təlimlər AKTA-nın əməkdaşı Müşərrəf Məmmədova tərəfindən keçirilib.