Ötən il Polşa mallarının Ukraynaya ixracı 113 faizdən çox artıb


2023-cü ildə Polşa mallarının Ukraynaya ixracı əvvəlki ilə nisbətən 113,3 faiz artaraq 51,7 milyard zlotıya (13 milyard dollar) çatıb.
AZƏRTAC xəbər verir ki, “Rzeczpospolita” qəzeti bu barədə Polşa statistika idarəsinin sifarişi ilə hazırlanan hesabata istinadla məlumat yayıb. Polşa ixracatında əsas yerləri yanacaq məhsullarının, elektron avadanlıqların, həmçinin silah və sursatın tutduğu bildirilir.
Həmin dövr ərzində Ukraynadan Polşaya mal idxalı isə 72,2 faiz artaraq 20,3 milyard zlotı (təxminən 5 milyard dollar) təşkil edib. Dövlət Statistika Xidmətinin hesabatına əsasən, 2023-cü ildə Ukrayna taxılının Polşaya idxalı öncəki illə müqayisədə 36,7 faiz artıb.