Daha iki rus komandirin həbsinə order verildi


Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın uzaqmənzilli aviasiya qüvvələrinin komandiri Sergey Kobylaş və Qara dəniz donanmasının komandiri Viktor Sokolovun həbsinə order verib.
 
Modern.az xəbər verir ki, bu barədə Məhkəmənin saytında məlumat yerləşdirilib.
 
Orderlər 10 oktyabr 2022-ci il və 9 mart 2023-cü il tarixləri arasında Ukraynada baş vermiş müharibə cinayətlərinə aiddir.
 
Xatırladaq ki, 2023-cü ilin martında Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanı uşaqları Ukraynadan deportasiya etməkdə ittiham edib və onların həbsinə orderlər verib.