Saakaşvili gürcü siyasətçisi deyil, onun hüququ yoxdur - NAZİR
"Mixail Saakaşvilinin Gürcüstan siyasətində iştirak etmək hüququ yoxdur, çünki o, ölkə vətəndaşı deyil".
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Rati Breqadze bildirib.
Onun sözlərinə görə, eks-prezident hələ 2015-ci ildə Ukrayna vətəndaşlığını alaraq Gürcüstan vətəndaşlığını itirib.
"Məhkum Saakaşvili Ukrayna vətəndaşıdır, Gürcüstan vətəndaşı deyil. Ona görə də o, Gürcüstan siyasətində iştirak edə bilməyəcək. O, gürcü siyasətçisi deyil... Onun nə aktiv, nə də passiv səsvermə hüququ var”, - Breqadze deyib.
Nazir bildirib ki, xarici vətəndaşın Gürcüstanda siyasi fəaliyyətə çağırışları qəbuledilməzdir.